Dünyanın ən bahalı 10 şokoladı FANTASTİK RƏQƏMLƏR


Digərləri 17 Yan 2018 21:24:00 607 0

Dünyanın ən bahalı 10 şokoladı  FANTASTİK RƏQƏMLƏR

Hər kəs şokoladı sevir. Buna görə də şokolad dünyada ən çox satılan qidalar arasındadır. Həddindən çox yeyilmədikdə isə orqanizmə faydası da var.

Son.az ailem.az-a istinadən dünyanın 10 ən bahalı şokoladını təqdim edir.

Toak şokoladının bir qutusu hazırda 355 dollardır. Bu qədər bahalı olmasının səbəbi yalnız ekvatorun "Nacional" olaraq adlandırılan, genetik olaraq ilk kakao ağaclarına qədər gedib çıxan kakao çəyirdəklərindən istifadə olunmasıdır.

"DeLafee" çox insanın bilmədiyi lüks markalardan biridir. Sikkəsiz şokolad hazırlayIrlar. Şokoladları 24 ayar qızıl yarpaqla örtülür. Sadəcə iki kiçik şokolad 57 dollardır.

Ən bahalı daş-qaşsız yumurta şokolad "Golden Speckled"dir. 10 min dollardan baha qiymətə satılıb. Bibəriyə, yapon qara sirkə, ardıc meyvəsi və yeyilə bilən qızıl yarpağı ilə bu şokoladı hazırlamaq üç gün çəkir.

Qızıl şokolad qutusundaki "DeLafee" şokoladının qiyməti isə 330 dollardır.

Hazırda satışda olmayan "Noka" brendinin 2006-cı ildə satışa çıxardığı "Vintages Kolleksiyası" şokoladının qiyməti 854 dollar olub.


Xəbərə aid fotolar