Aparıcı həmkarı haqda dediyi sözlərə görə 17 min təzminat verəcək


Digərləri 17 Yan 2018 21:12:00 432 0

Aparıcı həmkarı haqda dediyi sözlərə görə 17 min təzminat verəcək

Aparıcı-müğənni Seren Serengil həmkarı Özlem Yıldız haqqında səsləndirdiyi fikirlərinə görə məhkəməyə verilmişdi. 

Son.az axşam.az-a istinadən bildirir ki, məhkəmə Özlem haqqında "Sənin hərəkətlərin normal deyil", "Pul üçün ərə gedib", "Uşaqlarını evdə qoyub gecə klublarında əylənib", "Şəxsiyyətsiz biridir" sözlərinə görə cərimələnib. Özlemin açdığı prosesin yekununa əsasən, Seren ona 17 min lirə (təxminən 8 min 500 manat) pul ödəyəcək.