Sevda qayınanasını hədələdi: "Məhkəməyə verəcəm"


Digərləri 17 Yan 2018 20:35:00 245 0

Sevda qayınanasını hədələdi: "Məhkəməyə verəcəm"

Son günlər adı qayınanası ilə qalmaqalda hallanan müğənni Sevda Sanalıyeva bu gün Beynəlxalq Mətbuat Mərkəzində jurnalistlərlə görüşüb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, vəkili və mətbuat katibi ilə konfransa qatılan ifaçı bu sözləri deyib: 

"Çox istəyərdim ki, bu gün sizin qarşınızda şəxsi həyatımla bağlı söhbətlərlə yox, yeni mahnılarımla, kliplərimlə çıxım. Bu mövzuda danışmağa başlamamışdan öncə hər kəsdən üzr istəyirəm ki, bu cür mövzuya görə sizləri bura dəvət etmişəm. Çünki bilirsiniz ki, mən bu cür mövzularla, qalmaqallarla gündəmə gələn insan olmamışam. İllərdir bu mövzuda susdum, susmağa da davam edəcəkdim, amma mövzu sosiallaşdı,  mən də sizi bura dəvət etdim ki, bu mövzuya burada nöqtə qoyaq. Elə sonlandıraq ki, daha bu mövzuya qayıtmayaq. Çünki bu mövzu nəinki məni, hətta ətrafımı, əzizlərimi zədələyir. Bu günə qədər insanlara özümü necə tanıtmışamsa, elə də qalmağımı istəyirəm. Siz jurnalistləri bura dəvət etməkdə məqsədim odur ki, sizdən xahiş edim, daha bu barədə yazmayasınız. Xahişimi nəzərə almasanız, hər şeyi hüquqi müstəvidə həll etməyə məcbur olacam. Mənə çox adam pis baxdı, dedilər, qayınanasını məhkəməyə verən gəlinsən. Bu, mənə də xoş deyil. Uşaqlarımın nənəsidir. Nəyə görə məhkəməyə verim? Çünki mənə olunan təhqirlərdən keçib. Mənim əzizlərimə qulaqlarınızın eşitmək istəmədiyi söyüşlər söydü. Mənim yerimə kim olsaydı, sakit oturmazdı".

Daha sonra S.Sanalıyevanın vəkili Asif Abdullayev açıqlama verib: 


Xəbərə aid fotolar