Milli Qəhrəmanlara həsr olunmuş filmlərin nümayişi davam edir


Digərləri 17 Yan 2018 20:24:00 249 0

Milli Qəhrəmanlara həsr olunmuş filmlərin nümayişi davam edir

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin birgə təşkilatçılığı ilə mədəniyyət müəssisələrində 20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar Azərbaycanın Milli Qəhrəmanları haqqında çəkilmiş sənədli filmlərin nümayişi davam edir. 

Yanvarın 15-də Badamdar qəsəbə Mədəniyyət evində rejissor İsmayıl Zeynalovun milli qəhrəman Salatın Əsgərova haqqında "23 dəqiqə" və rejissor Fariz Əhmədovun milli qəhrəman Mirəsgər Seyidova həsr edilmiş "Vətən əsgəri" adlı filmləri tamaşaçılara nümayiş etdirilib.

Yanvarın 16-da isə Binəqədi Mərkəzi Mədəniyyət evində rejissor İltifat Hacıxanoğlunun Milli qəhrəmanlar Oqtay Güləliyevə və Pəhləvan Fərzəliyevə "Laçın qartalı", "Şərəfli ömrün manifesti", Müşfiqabad qəsəbə Mədəniyyət evində rejissor Rəşad Qasımovun Milli qəhrəmanlar Mübariz İbrahimov və Muxtar Qasımova həsr olunmuş "Mübarizlik zirvəsi" və "Vətən sevgisi" adlı filmlərə baxış keçirilib.


Xəbərə aid fotolar