FHN itkin düşmüş alpinistlərin axtarışları ilə bağlı məlumat yaydı FOTO


Digərləri 17 Yan 2018 20:26:00 272 0

FHN itkin düşmüş alpinistlərin axtarışları ilə bağlı məlumat yaydı  FOTO

Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları bu gün davam edib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Son.az-a verilən məlumata görə, axtarış işləri FHN-nin peşəkar xilasedicilərdən ibarət dəstələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının və peşəkar alpinistlərdən ibarət könüllü dəstələrin iştirakı, həmçinin müvafiq texnika və xilasetmə avadanlıqlarının tətbiqi ilə aparılır.

Gün ərzində alpinistlərin itkin düşdüyü ehtimal olunan ərazilər üzrə axtarış işləri aparılmış, həmçinin onların olduğu güman edilən digər ərazilərdə yoxlamalar davam etdirilib.


Xəbərə aid fotolar