Zidan: "Real"ı Ronaldosuz təsəvvür edə bilmirəm"


İdman 17 Yan 2018 20:08:00 266 0

Zidan: "Real"ı Ronaldosuz təsəvvür edə bilmirəm"

"Real Madrid"in baş məşqçisi Zinəddin Zidan son günlər Ronaldo ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Goal.az xəbər verir ki, fransalı mütəxəsis bunları deyib:

"Mən narahat deyiləm. Klubdan kənarda hər kəs onun gedişindən danışa bilər. Amma Ronaldonun özü yalnız oyun barədə düşünür. Mən yalnız futbolu, onun bizə medanda necə kömək edəcəyini müzakirə edə bilərəm. "Real"ı Ronaldosuz təsəvvür edə bilmirəm. O, burda oynamalıdır. Klub və azarkeşlər onu sevir. Həmişə demişəm ki, onu Madriddən kənarda görmürəm. Məni ancaq idman dəyərləri maraqlandırır. Ronaldo komandanın çətin vaxtında da burdadır.

Konkret işləri müzakirə edə bilmərəm. O, əla futbolçudur. Kriştianunun meydanda göstərdikləri məni maraqlandırır".

Qeyd edək ki, İspaniya mediasında PSG-nin Ronaldoya illik 60 milyon avro məvacib təklif etməyə hazır olduğu yer almışdı. Digər tərəfdən Ronaldonun "Real"dan yüksək məvacib istədiyi, əks halda "Manchester United"ə keçməyə hazır olduğu deyilir.