Azərbaycan əhalisinin gəlirləri 49 milyard manatı keçdi


Digərləri 17 Yan 2018 19:56:00 229 0

Azərbaycan əhalisinin gəlirləri 49 milyard manatı keçdi

2017-ci ildə Azərbaycan əhalisinin gəlirləri əvvəlki ilə nisbətən nominal ifadədə 8,3 faiz artaraq 49 milyard 162,9 milyon manata çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, əhalinin hər nəfərinə düşən gəlirlər 5050,5 manat və ya ayda orta hesabla 420,9 manat təşkil edib.

Qeyd edək ki, bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 44 milyard 983,3 milyon manatlıq vəsait qalıb.