"Gənclər Arasında MilliDini Dözümlülük, Sülhsevərlik və Humanizm Dəyərlərinin Təbliğ Edilməsi" Proqramına start verilir


Digərləri 17 Yan 2018 19:42:00 254 0

"Gənclər Arasında MilliDini Dözümlülük, Sülhsevərlik və Humanizm Dəyərlərinin Təbliğ Edilməsi" Proqramına start verilir

"ASAN Könüllüləri" Təşkilatı və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının 2.1.3-cü bəndinə müvafiq olaraq   "Gənclər Arasında Milli-Dini Dözümlülük, Sülhsevərlik və Humanizm Dəyərlərinin Təbliğ Edilməsi" Proqramına start verilir.

Paytaxt və regionları əhatə edəcək proqram çərçivəsində "Fotoqrafların gözü ilə dini tolerantlıq" mövzusunda fotosərgi keçiriləcək, həmçinin Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış "Şəhadət" filmi nümayiş olunacaq, maarifləndirmə tədbirləri reallaşacaqdır.

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin bütün sahələrdə olduğu kimi bu sahəyə də göstərdiyi qayğı nəticəsində ölkəmizdə din dəyərləri, dövlət və din münasibətləri özünün ən yüksək səviyyəsindədir. Təsadüfi deyil ki, bu gün istənilən dinlərin nümayəndələri sərbəst şəkildə  öz dini ayinlərini həyata keçirir, bütün dinlərin nümayəndələri qarşılıqlı hörmət və anlaşma, sülh şəraitində birgə yaşayır və dövlət qurumlarında təmsil olunurlar. Təbiidir ki,  mövcud olan bu vəziyyət mütərəqqi tarixi ənənələrdən bəhrələnən milli siyasətin məntiqi nəticəsidir.

Qəbul edilmiş və növbəti 5 ildə gənclər sahəsində  dövlət siyasətini müəyyən edən "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramında Gənclər Arasında Milli-Dini Dözümlülük, Sülhsevərlik və Humanizm Dəyərlərinin Təbliğ Edilməsi bəndinin yer alması Azərbaycanda ölkə siyasətinin tolerantlıq, dialoq mühitinin gücləndirilməsi, gənclərin hüquqlarına riayət olunması, çağdaş dəyərlərin möhkəmləndirilməsi kimi prinsiplərə əsaslandığını bir daha sübut etdi.