Polisin istədiyi 17 yaşlı Aygünü həbsxanadan çıxan qardaşı qaçırtdı


Digərləri 17 Yan 2018 19:45:00 233 0

Polisin istədiyi 17 yaşlı Aygünü həbsxanadan çıxan qardaşı qaçırtdı

Biləsuvarda 17 yaşlı qızı bibisi oğlu qaçırıb.

Son.az xəbər verir ki, övladlarını geri qaytarmaq istəyən Aygünün valideynləri Xoşqədəmin verilişinə üz tutublar.

17 yaşlı Aygünün valideynləri iddia edirlər ki, qızları zorla qaçırılıb. 

"Bacım oğlu şantaj yolu ilə 18 yaşı tamam olmayan qızımı qaçırıb. Aygünü mesajlarla təhdid edib. "Valideynlərini öldürəcəm" deyib. Oğlan 3 aydır "türmə"dən çıxıb. Açığı bacımın qapısına gedə bilmirik. Çox böyük münaqişə var. Ayın 10-undan biz qırğındayıq. Hadisəni bilən kimi dərhal Biləsuvar Rayon Polis Şöbəsinə müraciət etdik. Qızım yeniyetmə qızdır. Onu aldatmaq və qorxutmaq çox asan idi. O da bundan istifadə edib. Qızım, heç nədən utanma, çəkinmə. Sənin həyatınla oynayan insanla sən yaşaya bilməzsən". 

Anası oğlanın Aygünə göndərdiyi mesajları Xoşqədəmə göstərib:


Xəbərə aid fotolar