Bilik Fondu Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı maarifləndirici tədbirlər keçirəcək


Digərləri 17 Yan 2018 19:26:19 240 0

Bilik Fondu Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı maarifləndirici tədbirlər keçirəcək

Bilik Fondunda bu yönümdə keşiriləcək maarifləndirici tədbirlərin müzakirəsi olub.

Bakı. Bilik Fondu Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı maarifləndirici tədbirlər keçirəcək. Fonddan Trend-ə verilən məlumata görə, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 16 may 2017-ci il tarixli Sərəncamını əsas tutan Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda bu yönümdə keşiriləcək maarifləndirici tədbirlərin müzakirəsi olub. Bilik Fondunun rəhbərliyi və əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə Fondun lektorlar qrupunun üzvü, Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova özünün tədqiqat sahələrindən biri olan “Azərbaycan dövlətçilik tarixi” mövzusunda söhbət aparıb. Bildirilib ki, bü günkü müstəqil Azərbaycan Respublikası 1918-ci ildə təşəkkül tapan və cəmi 23 ay fəaliyyət göstərməsinə rəğmən dövləçilik özülünü qoyan cümhuriyyətimizin tarixi varisidir.