"Manchester United"in müdafiəçisi tarixin təkrarlanacağına ümid edir


İdman 17 Yan 2018 19:20:00 277 0

"Manchester United"in müdafiəçisi tarixin təkrarlanacağına ümid edir

"Manchester United"in müdafiəçisi Fil Cons turnir cədvəlinin lideri "Manchester City" ilə 12 xallıq fərqi aradan qaldırmaq ehtimalını istisna etməyib. Goal.az xəbər verir ki, ingilis futbolçu bunları deyib:

"Futbolda heç vaxt "heç vaxt" demək lazım deyil. Yadıma düşür ki, "Manchester United"ə gəldiyim ilk mövsümdə (red. 2011/12 mövsümü) "City" ilə 8 xal fərq yaranmışdı. Heç kim çempionluğu əldən verəcəyimizi gözləmirdi. Amma son turda titulu əldən verdik. Bu futboldur. İnsanlar hər şey deyə bilər, amma pozitiv əhval-ruhiyyədə qalıb irəliləmək lazımdır. Öncədən nəsə demək olmaz. 2012-ci ildə bu, bizim başımıza gəldi. Niydə də belə bir şey təkrarlanmasın?"