Moldova müxalifəti ölkənin MDB-dən çıxması təşəbbüsü ilə çıxış edib


Dünya 17 Yan 2018 19:00:00 276 0

Moldova müxalifəti ölkənin MDB-dən çıxması təşəbbüsü ilə çıxış edib

Moldova MDB-nin yaradılması haqqında sənədi 1994-cü ilin aprelində ratifikasiya edib

Moldova Liberal Demokrat Partiyasının parlamentdəki deputatları ölkənin MDB üzvlüyündən çıxması barədə təşəbbüslə çıxş edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bununla bağlı sənəd parlamentin gündəliyinə daxil edilib və qurumun rəsmi saytında yayılıb.

Hətta təşəbbüsçülər imzatoplama kampaniyasına da başlayıblar.

Xatırladaq ki, Avropayönümlü bu partiya 8 il təmsil olunduğu hakim koalisiyadan 2017-ci ildə çıxıb. Moldova MDB-nin yaradılması haqqında sənədi 1994-cü ilin aprelində ratifikasiya edib.