"Kertis Skaparotti və Valeri Gerasimovun Bakıda görüşü razılaşdırılır"


Siyasət 17 Yan 2018 18:58:00 244 0

"Kertis Skaparotti və Valeri Gerasimovun Bakıda görüşü razılaşdırılır"

"NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Kertis Skaparotti və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun Bakıda görüşü razılaşdırılır".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu NATO-nun Hərbi komitəsinin sessiyası zamanı K.Skaparotti özü deyib.

Onun sözlərinə görə, bu görüşün keçirilməsi ilə bağlı razılıq sentyabrda əldə olunub: "Hazırda bu görüş təşkil olunur".

Qeyd edək ki, bir müddət əvvəl Qərb mətbuatı Kertis Skaparotti ilə Valeri Gerasimovun 2018-ci ilin yanvarında Bakıda görüşəcəklərini bildirmişdi.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində