Nostradamusdan 2018lə bağlı şok proqnozlar: "Bu ölkənin rəhbəri dünyanı birbirinə vuracaq"


Dünya 17 Yan 2018 18:42:00 275 0

Nostradamusdan 2018lə bağlı şok proqnozlar: "Bu ölkənin rəhbəri dünyanı birbirinə vuracaq"

Öncəgörücünün "Proqnozlar" kitabında 2018-ci il barədə nələr yazılıb...

Nostradamus təxəllüslü, yəhudi əsilli Mişel de Notrdamın suya baxaraq söylədiyi öncəgörmələrin əksəriyyəti bu gün də doğru çıxmaqda davam edir.

Nostradamusun dünya ağalığına can atan diktatorlar barəsindəki öncəgörmələri də zaman-zaman özünün həqiqiliyini sübut edib.

Son.az musavat.com-a istinadən öncəgörücünün 2018-ci illə bağlı proqnozlarını təqdim edir:

Həddən artıq cürətkar və ağlına nə gəldi edən prezident...

Nostadamusun hələ 400 il bundan öncə Trampın ABŞ prezidenti olacağını gördüyünü və bunu öz əsərlərində yazdığını bilirdinizmi?

O zaman öncəgörücünün Trampın prezidentlik müddətində nələr edəcəyi haqda fikirlərinə nəzər salaq:

Nostadamus qeyd edib ki, 2018-ci ildə Amerika olduğu təxmin edilən ölkəyə rəhbərlik edən şəxsin utanma duyğusu olmayacaq. Həddən artıq cürətkar və ağlına nə gəldi edən bu rəhbər şəxs, Amerikanı yeni bir sürəcə aparacaq. Ayrıca, Amerikaya rəhbərlik edəçək olan bu şəxsin, yəni Trampın qiyaməti gətirəcək insan olduğu da onun iddiaları arasındadır.

Nostadamusun Tramp və Amerika haqqındakı proqnozlarının nə qədərinin gerçək, nə qədərinin isə yalan olduğunu bizə zaman göstərəcək. Lakin onun əvvəlki proqnozlarının əksəriyyətinin doğru çıxması bizləri düşünməyə sövq edir.

3-cü dünya savaşı...

Nostradamus öz əsərində 2018-ci ilin 3-cü dünya savaşının başlaması baxımından kritik bir il olacağını iddia edib. Onun proqnozlarına görə, 3-cü dünya savaşı ilk olaraq Fransada başlayacaq və oradan da dünyanın dörd bir tərəfinə yayılacaq.

Fransada, Parisdə ötən illərdə həyata keçirilən terror hücumları bu proqnozların gerçək olma ehtimalını bir az da artırır.

Bundan başqa, Nostradamus kitabında Roma şəhərinin yerləbir olacağını və dünyanın şeytanın uşağı olduğu düşünülən, İsanın yolunda gedənlərə düşmən olan Dəccalın idarəsi altına keçəcəyini də qeyd edib.