Çilidə Roma Papasının səfərinə etiraz olaraq 3 kilsə yandırıldı


Dünya 17 Yan 2018 18:48:00 300 0

Çilidə Roma Papasının səfərinə etiraz olaraq 3 kilsə yandırıldı

Roma Papası I Fransiskin səfərinin davam etdiyi Çilidə etirazlar səngimir.

Son.az Trend-ə istinadən bildirir ki, Papanın səfərinə etiraz olaraq ötən gecə Araukaniya vilayətində 3 kilsə yandırılıb.

Bundan başqa, Kuranilaue vilayətində yerli şirkətlərdən birinə məxsus iki helikopter yandırılıb. Polisin verdiyi məlumata görə, hadisə yerində maluçe hindularının radikal qruplaşmalarının çağırışlarının qeyd olunduğu vərəqələr tapılıb.