Qubada modul tipli məktəb istifadəyə verildi FOTO


Digərləri 17 Yan 2018 18:36:00 305 0

Qubada modul tipli məktəb istifadəyə verildi  FOTO

Qubada modul tipli məktəb istifadəyə verilib.

Təhsil Nazirliyindən Son.az-a verilən məlumata görə, bu məqsədlə Quba rayonuna mediatur təşkil edilib.

Media nümayəndələri Quba rayonunun Çağacıq kəndində yeni istifadəyə verilən modul tipli məktəbdə olublar. Bildirilib ki, 56 şagird yerlik məktəb 5 sinif otağı və 1 müəllimlər otağından ibarətdir. Hazırda 50 şagirdin təhsil aldığı məktəbdə 4 sinif komplekti və 1 məktəbəhazırlıq qrupu fəaliyyət göstərir. Məktəb müasir avadanlıqlar və mərkəzləşdirilmiş istilik sistemi ilə təmin edilib.

Bu məktəbdə təhsil alan İsmət Ağayev 2015-ci ildə Riyaziyyat üzrə Respublika fənn olimpiadasında birinci yerin qalibi olub.

Bu günədək Qubada 3 belə məktəb istifadəyə verilib və bu iş hazırda davam etdirilir.