Fransalı skaut "Bayer"dən "Bavariya"ya gəlir


İdman 17 Yan 2018 18:11:00 313 0

Fransalı skaut "Bayer"dən "Bavariya"ya gəlir

"Bayern Munich" yeni skaut xidmətinin rəhbəri ilə anlaşacaq. Goal.az xəbər verir ki, hazırda "Bayer Leverkusen"də çalışan Loran Busser yaxın vaxtlarda Münhen klubuna gələcək. 45 yaşlı mütəxəsis "Bayer" rəhbərliyinə əlverişli təklif aldığını artıq açıqlayıb. Fransalı skautun iştirakı ilə Leverkuzen klubunun ən yaxşı transferlərindən biri "Genk"dən Leon Beylidir. Busser Kinqsli Koman və Usman Dembelenin qiyməti 5 milyon avrodan aşağı olduğu vaxt "Bayer"ə onları məsləhət görmüşdü.