BTC ilə tranzit neftinin nəqli 36% artıb


İqtisadiyyat 17 Yan 2018 17:34:11 256 0

BTC ilə tranzit neftinin nəqli 36% artıb

Azərbaycanın magistral neft kəmərləri ilə 42,7 mln. ton neft nəql olunub

Ötən il Azərbaycanın magistral neft kəmərləri ilə 42,727 mln. ton neft nəql edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, nəqletmənin 79%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib.

Ötən il magistral neft kəmərləri ilə nəqletmənin həcmi 2016-cı ildən 3% azdır.

Hesabat ili ərzində bu kəmər vasitəsilə 33,755 mln. ton neft ötürülüb ki, bu da əvvəlki ildən 0.52% azdır. Keçən il BTC kəməri ilə 6 432,4 min ton tranzit nefti də nəql edilib və bu, 2016-cı ildən 36% çoxdur.