"Liverpool"un futbolçusuna məhkəmə hökm oxudu


İdman 17 Yan 2018 17:22:00 257 0

"Liverpool"un futbolçusuna məhkəmə hökm oxudu

"Liverpool"un müdafiəçisi Con Falnaqana rəfiqəsi Reyçel Uolla qarşı zorakılıq etdiyinə görə məhkəmə hökmü oxunub. Goal.az xəbər verir ki, 25 yaşlı futbolçu 1 il müddətində 40 saatlıq ictimai işlərə təhkim olunub. Flanaqan məhkəmədə ona qarşı ittihamı qəbul edib. O, 85 min funt məhkəmə xərcləri, 85 min funt isə zərərçəkənə təzminat ödəməli olacaq.

İnsident Liverpulun mərkəzində, dekabrın 22-də baş verib. Futbolçu rəfiqəsinə bir neçə güclü zərbə endirmişdi. Bu hadisə onların ayrılmasına gətirib çıxarmayıb. Cütlük münasibətdə qalmaqda davam edir.