Nüvə Tədqiqatları Mərkəzinin sədri: “Metsamor”u bağlamaq üçün 200 milyon yox, 1 milyarddan çox avro lazımdır


Digərləri 17 Yan 2018 17:12:54 219 0

Nüvə Tədqiqatları Mərkəzinin sədri: “Metsamor”u bağlamaq üçün 200 milyon yox, 1 milyarddan çox avro lazımdır

Avropa İttifaqının (Aİ) vəd etdiyi 200 milyon avroya Ermənistandakı “Metsamor” AES-i bağlamaq mümkün deyil.

Bakı. İlhamə İsabalayeva - Avropa İttifaqının (Aİ) vəd etdiyi 200 milyon avroya Ermənistandakı “Metsamor” AES-i bağlamaq mümkün deyil. Bunu Trend-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri Adil Qəribov deyib. A.Qəribov bildirib ki, BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (MAQATE) “Metsamor”un istismar müddətinin 10 illik, yəni 2016-cı ildən 2026-cı ilədək uzadılması barədə artıq qərar verib: “Aİ-nin hələ ki, bu qərarı dəyişmək imkanı yoxdur. AES-in bağlanması qərarını Ermənistan Nazirlər Kabineti verə bilər. Amma Aİ narahatçılıq keçirərək bildirir ki, lazım olsa, bu reaktorun dayandırılması üçün 200 milyon avro verə bilər”. A.Qəribov qeyd edib ki, əslində 200 milyon avro ilə AES-i bağlamaq mümkün deyil. Bu vəsait hesabına orada yalnız cari təmir işləri aparmaq olar: