Azərbaycan qazının Gürcüstanda satışı 7 dəfə artıb


Digərləri 17 Yan 2018 17:03:00 282 0

Azərbaycan qazının Gürcüstanda satışı 7 dəfə artıb

"Gürcüstan ərazisində Azərbaycan qazının satışı və abunəçi bazası 7 dəfə artıb".

Son.az APA-ya istinadən xəbər verir ki, bunu "SOCAR Georgia Gas" şirkətinin direktoru Azər Məmmədov "Georgian Business Consulting" nəşrinə deyib.

O bildirib ki, Gürcüstan hökuməti ilə 2008-ci ildə imzalanmış müqavilənin müddəti 10 dekabr 2017-ci il tarixində bitib və bu ayın sonunda sənədin icrası ilə bağlı 10 illik hesabat təqdim olunacaq.   

A.Məmmədov əlavə edib ki, cari il üzrə şirkətin bir çox planları var: "Prioritet institusional islahatlarla yanaşı təşkilatı strukturu inkişaf etdirməkdir. Azərbaycandakı baş ofis və yerli tənzimləyicilər bunu tələb edir".