Astarada narkotik alverçisi tutuldu VİDEO FOTO


Digərləri 17 Yan 2018 17:07:00 246 0

Astarada narkotik alverçisi tutuldu  VİDEO  FOTO

Astara Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısı alınıb.

Son.az ARB TV-yə istinadla xəbər verir ki, şəhər sakini, 37 yaşlı Ramin Quliyev şübhəli şəxs qismində polis tərəfindən saxlanılıb.

Onun üzərindəki bağlamada 1 kiloqramdan çox tiryək aşkar edilib. Ramin Quliyevin evinin zirzəmisindən daha 2 kiloqram tiryək tapılaraq maddi sübut kimi götürülüb.

Quliyev narkotik vasitəni Аfşin adlı şəxsin İrandan qaçaqmalçılıq yolu ilə ölkəmizə keçirdiyini söyləyib.


Xəbərə aid fotolar