Şaxtalı hava sürücülərə çətin anlar yaşatdı VİDEO FOTO


Digərləri 17 Yan 2018 16:47:00 232 0

Şaxtalı hava sürücülərə çətin anlar yaşatdı  VİDEO  FOTO

Gecə saatlarında Bakı-Şamaxı-Ağsu, Muğanlı-İsmayıllı magistrallarında şaxtalı hava səbəbindən hərəkət çətinləşib.

Son.az ARB TV-yə istinadən xəbər verir ki, bəzi ərazilərdə avtomobillərin hərəkətində məhdudiyyətlər yaranıb. Xüsusilə də dolaylarda, dumanlı və buzlu yolda sürücülər çətin anlar yaşayıb.

Səhər saatlarından 7 saylı Yol İstismar MMC-nin canlı qüvvəsi və texnikaları əraziyə cəlb olunub. Yollar qardan təmizlənib, qum-duz qarışığı səpilib. Hazırda magistrallarda hərəkət bərpa olunsa da qış şinləri olmayan sürücülərin yola çıxması məsləhət görülmür.


Xəbərə aid foto