Azərbaycan Aİ danışıqları Avropa Parlamenti komitələrinin gündəliyinə daxil edilib


Siyasət 17 Yan 2018 16:35:00 246 0

Azərbaycan  Aİ danışıqları Avropa Parlamenti komitələrinin gündəliyinə daxil edilib

Avropa Parlamentinin Beynəlxalq ticarət komitəsində Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında yeni saziş müzakirə olunacaq.

Son.az xəbər verir ki, bu barədə Trend Avropa Parlamentinin saytına istinadən məlumat verir.

22-23 yanvar tarixlərində keçiriləcək iclasda "Azərbaycanla Avropa İttifaqı arasında hərtərəfli saziş üzrə danışıqlarla bağlı Avropa İttifaqına, Avropa İttifaqı Şurasına və Avropa Komissiyasına tövsiyələr" üzrə hesabat müzakirə olunacaq.

Hesabat finlandiyalı parlamentari Hannu Takkul tərəfindən təqdim ediləcək.

Rumıniyalı parlamentari Norika Nikolai isə hesabatını yanvarın 23-də Xarici əlaqələr komitəsində təqdim edəcək.

Son.az 

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində