"Real" hücum "3-lüy"ünü dəyişəcək


İdman 17 Yan 2018 16:36:00 260 0

"Real" hücum "3-lüy"ünü dəyişəcək

İspaniyanın "Real" klubu üçün növbəti transfer iddiası gündəmə gəlib.

Goal.az xəbər verir ki, hücum üçlüyünü dəyişmək istəyən klubun prezidenti Fiorentino Perez yeni futbolçular üçün sərvət xərcləmək niyyətindədir. 

"Marca" nəşri yay transfer dönəmində klubun almaq istədiyi futbolçuların adlarını açıqlayıb. Bunlar "Bayern Munich"dən Robert Levandovski, "Chelsea"dən Eden Hazard və PSG-dən Neymardır. 

Cristiano Ronaldo, Kərim Benzema və Qaret Beylin klubda sayılı günlərinin qaldığı qeyd olunub.

Mətndə, həmçinin "kral klubu"nun Harri Keyn və Mauro İkardi ilə də maraqlandığı qeyd olunub.