Şəmkirdəki güllələnmə ilə bağlı cinayət işi başlandı


Digərləri 17 Yan 2018 16:13:00 233 0

Şəmkirdəki güllələnmə ilə bağlı cinayət işi başlandı

Şəmkir rayonunda baş verən güllələnmə hadisəsi ilə bağlı cinayət işi başlanıb.

Bakı. Samir Əli - Şəmkir rayonunda baş verən güllələnmə hadisəsi ilə bağlı cinayət işi başlanıb. Bu barədə Trend-ə Şəmkir rayon Prokurorluğundan məlumat verilib. Məlumatda bildirilir ki, faktla bağlı Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsilə cinayət işi başlanıb. Hazırda hadisəni törədən şəxsin tutulması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.