Bakıda bir ailənin kabusuna çevrilən cinayətkar


Digərləri 17 Yan 2018 15:55:00 239 0

Bakıda bir ailənin kabusuna çevrilən cinayətkar

​Noyabrın 9-u təxminən axşam saat 8-9 radələrində Bakının Mehdiabad qəsəbəsi ərazisində piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi barədə xəbər portallarında dəfələrlə yazılar çıxdı.

Bakıda cinayətkar kameralardan necə qaçdı? - FOTOFAKT

Məsələylə bağlı KİV üzərinə düşən məsuliyyəti qismən yerinə yetirsə də bu addımı DİN əməkdaşlarından görmədik. 

Sözügedən tarixdə qəsəbənin "Gənclər Şəhərciyi" ərazisində maşınların hərəkət istiqamətində yolun kənarı ilə irəliləyən 32 yaşlı Şükürov Rəşad Zahir oğlunu idarə etdiyi avtomobillə vuran sürücü hələ də ortalıqda yoxdur. 

Baxmayaraq ki, Son.az olaraq sözügedən ərazidə müşahidə apararkən ərazidə təhlükəsizlik kameralarına da rast gəldik. Lakin ilk gündən ərazinin Binəqədi, yoxsa Abşeron rayonu ərazisi olduğunu aid etməkdə çətinlik çəkən Rayon Polis İdarələri arasındakı "oyun"dan əziyyət çəkən Rəşadın ailəsidir. 

İlk gündən ərazinin Binəqədiyə məxsus olduğu və cinayət işinin istintaqının adı çəkilən rayonun polis idarəsi tərəfindən araşdırılacağı deyilsə də, 1 aydan xeyli müddət sonra Binəqədi RPİ ərazinin onlara məxsus olmadığını iddia edərək cinayət işini Abşeron Rayon Polis İdarəsinə göndərib. 


Xəbərə aid fotolar