Azərbaycanda əhalinin sayı açıqlandı


Digərləri 17 Yan 2018 15:21:00 221 0

Azərbaycanda əhalinin sayı açıqlandı

Ötən ilin əvvəlindən ölkə əhalisinin sayı 80731 nəfər və ya 0,8 faiz artaraq 2017-ci il dekabr ayının 1-i vəziyyətinə 9 milyon 890 min 712 nəfərə çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, əhalinin 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 114 nəfər olmuşdur. Hazırda hər 1000 kişiyə 1006 qadın düşür.