Bakıda qardaşını bıçaqlayan şəxs məhkəmə zalından azadadlığa buraxılıb


Sosial 17 Yan 2018 15:05:19 208 0

Bakıda qardaşını bıçaqlayan şəxs məhkəmə zalından azadadlığa buraxılıb

Ona şərti cəza verilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını bıçaqlamaqda təqsirləndirilən Qarakişi Babayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Tamila Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Q.Babayev 4 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilib və  Q.Babayevə şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

İttiham aktına əsasən, Q.Babayev Bakıda qardaşı Mirdaməd Babayevi bıçaqlamaqda təqsirli bilinir. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyət ilə qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham edilib. Q.Babayevin əməli məhkəmə tərəfindən 126.1-ci maddəsinə tövsif edib. Onun barəsində həbs qətimkan tədbiri seçilib.