Qaxda 78 yaşlı kişi körpüdən keçərkən su kanalına düşüb


Sosial 17 Yan 2018 14:55:10 249 0

Qaxda 78 yaşlı kişi körpüdən keçərkən su kanalına düşüb

Açıq kəllə-beyin travması alan qocanın vəziyyəti ağırdır

 Qax rayonunda 78 yaşlı kişi körpüdən keçərkən su kanalına düşüb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qax şəhəri, İ.Dağıstanlı küçəsində baş verib.

Belə ki, həmin küçədə dərinliyi 3 metrə yaxın olan, su kanalın üzərində yerləşən körpüdən keçərkən 1940-cı il təvllüdlü Nemət Məhəmməd oğlu Maqsudov kanala düşüb. Ətrafdakıların köməkliyi ilə qoca kişi su kanalından çıxarılıb və Təcili Tibbi Yardım maşını ilə Qax Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan "Report"un yerli bürosuna bildirilib ki, yaralıya açıq kəllə-beyin travması diaqnozu qoyulub və vəziyyəti ağırdır. 

Faktla bağlı araşdırmalara başlanılıb.