Kəskin respirator virus infeksiyalarına yoluxma ilə bağlı SON DURUM açıqlandı


Digərləri 17 Yan 2018 14:47:00 274 0

Kəskin respirator virus infeksiyalarına yoluxma ilə bağlı SON DURUM açıqlandı

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) ölkədə kəskin respirator virus infeksiyalarına yoluxma ilə bağlı açıqlama verib.

Son.az xəbər verir ki, Mərkəzin direktor müavini Afaq Əliyeva Trend-ə bildirib ki, ötən il ölkədə kəskin respirator virus infeksiyalarına yoluxma səviyyəsi 2016-cı illə müqayisədə 10 faiz azalıb:

"Bu payız-qış mövsümündə laborator müayinələr aparılıb. Hələ ki pandemik qrip virusları, o cümlədən A qripi virusu aşkarlanmayıb. Nümunələrin müayinəsi zamanı xəstələrin əsasən, kəskin respirator virus infeksiyalarına yoluxduğu məlum olub".