“Sumqayıt” - “Səbail” matçının başlama vaxtı açıqlandı


İdman 17 Yan 2018 14:35:00 274 0

“Sumqayıt” - “Səbail” matçının başlama vaxtı açıqlandı

Azərbaycan Premyer Liqasının ikinci dövrəsi üçün hazırlıqlarını davam etdirən “Sumqayıt” növbəti yoxlama oyununu keçirəcək.

Goal.az xəbər verir ki, “kimyaçılar” 18 yanvar tarixində Sumqayıt şəhər stadionunda “Səbail”i qəbul edəcək. Qarşılaşma saat 17:30-da start götürəcək.

“Sumqayıt” ilk yoxlama görüşündə “Qaradağ Lökbatan”a qalib gəlib, “Səbail” isə “Sabah”la qolsuz bərabərə qalıb.