Bakıda AzərbaycanPakistan işçi qrupunun növbəti görüşü başladı FOTO


Siyasət 17 Yan 2018 14:06:29 243 0

Bakıda AzərbaycanPakistan işçi qrupunun növbəti görüşü başladı  FOTO

Yanvarın 17-də Bakıda Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Pakistan İslam Respublikası Birləşmiş Qərargahı arasında Azərbaycan-Pakistan işçi qrupunun 8-ci görüşü başlayıb.

MN-dən Son.az-a verilən məlumata görə, işçi qrupuna Azərbaycan tərəfindən Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov, Pakistan tərəfindən isə Birləşmiş Qərargahın Xarici əlaqələr İdarəsinin rəisi general-mayor Muhammad Şafiq rəhbərlik edirlər. Görüşdə hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, regionda təhlükəsizlik, hər iki dövlətin orduları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, o cümlədən 2018-ci ildə birgə tədbirlərin keçirilməsi məsələləri müzakirə olunur. İşçi görüşü yanvarın 18-dək davam edəcək.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində


Xəbərə aid foto