"Neftçi" Türkiyəyə yollandı


İdman 17 Yan 2018 13:34:00 217 0

"Neftçi" Türkiyəyə yollandı

"Neftçi" səhər saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportundan qış fasiləsindəki hazırlığın ikinci mərhələsini keçirəcəyi Türkiyəyə gedib.

Goal.az xəbər verir ki, komanda Belekdə yerləşən "Alva Donna” otelində məskunlaşacaq.

Türkiyəyə yollanan heyətdə futbolçulardan Səlahət Ağayev, Aqil Məmmədov, Rəşad Əzizli, Kirilo Petrov, Ruslan Abışov, Məhəmməd Mirzəbəyov, İlkin Qırtımov, Rəşad Sadiqov, Emin Mahmudov, Derlis Meza Kolli, Namik Ələskərov, İqnasio Errera, Rəhman Hacıyev, Mirabdulla Abbasov, Elnur Süleymanov, Elçin Əsədov, Fərid Abbaslı və Fransisko Qarsiya yer alıb. Ömər Buludov, Elnur Cəfərov, Anton Krivotsyuk və Elvin Sərkərov 21 yaşadək futbolçulardan ibarət milli komandamızın düşərgəsində olduğundan təlim-məşq toplanışına sonradan qoşulacaqlar.

Tərlan Əhmədovun komandası yanvarın 22-də Rusiyanın "SKA-Xabarovsk”, 25-də Rumıniyanın "Konkordiya” və Bolqarıstanın "Slaviya”, 27-də Rusiyanın "Krılya Sovetov”, 30-da isə Makedoniyanın "Sileks" klubları ilə üz-üzə gələcək. Təlim-məşq toplanışına yanvarın 31-də yekun vurulacaq.