Energetika Nazirliyində 20 Yanvar faciəsinin 28-ci ildönümü anılıb (FOTO)


Digərləri 17 Yan 2018 13:20:00 208 0

Energetika Nazirliyində 20 Yanvar faciəsinin 28-ci ildönümü anılıb (FOTO)

20 Yanvar faciəsinin 28-ci ildönümü münasibətilə Energetika Nazirliyində anım mərasimi keçirilib.

Bakı. 20 Yanvar faciəsinin 28-ci ildönümü münasibətilə Energetika Nazirliyində anım mərasimi keçirilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, mərasim Azərbaycanın müstəqilliyi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman vətən övladlarının xatirəsinə bir dəqiqəlik sükutla başlanıb. Daha sonra çıxış edən energetika nazirinin müavini Samir Vəliyev 28 il əvvəl Azərbaycanın azadlığı, suverenliyi arzusu ilə ayağa qalxmış dinc insanlara qarşı Sovet imperiyasının silahlı birləşmələrinin törətdiyi cinayətlərdən danışaraq, 20 Yanvar hadisəsini faciə kimi yox, milli tariximizin şanlı qəhrəmanlıq səhifələrindən biri kimi qiymətləndirib. Bildirib ki, məhz həmin gün Azərbaycan xalqı istiqlal əzmini ortaya qoyaraq, bu dəyər uğrunda canından keçməyə hazır yüzlərlə övladının olduğunu bütün dünyaya nümayiş etdirib.