Bu il 2 min km-dən artıq avtomobil yolunun tikintisi nəzərdə tutulur


Digərləri 17 Yan 2018 13:16:32 207 0

Bu il 2 min km-dən artıq avtomobil yolunun tikintisi nəzərdə tutulur

2018-ci ildə uzunluğu 2 min km-dən artıq kəndlərarası və qəsəbələrarası avtomobil yolu layihəsi, habelə digər respublika əhəmiyyətli və magistral avtomobil yolları layihələrinin icrası həyata keçiriləcək.

Bakı. Samir Əli - 2018-ci ildə uzunluğu 2 min km-dən artıq kəndlərarası və qəsəbələrarası avtomobil yolu layihəsi, habelə digər respublika əhəmiyyətli və magistral avtomobil yolları layihələrinin icrası həyata keçiriləcək. Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, bunu agentliyin 2017-ci ilin yekunlarına və 2018-cı il qarşıda duran vəzifələrin icrasına həsr olunan iclasında qurumun İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.