Türkiyədə azərbaycanlı narkotik alverçisi yaxalandı


Kriminal 17 Yan 2018 12:52:00 245 0

Türkiyədə azərbaycanlı narkotik alverçisi yaxalandı

İstanbulda Beşiktaş, Şişli, Cihangir, Nişantaşı və Beyoğlundakı elit gecə klublarında narkotik satan və lideri azərbaycanlı olan dəstə yaxalanıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, İstanbul Narkotik Cinayətlərlə Mübarizə şöbəsinin əməkdaşları dəstəni 6 ay boyunca təqib edib. Şübhəlilərin hər addımını izləyən polis 7 nəfərlik dəstənin liderinin azərbaycanlı Seymur R. olduğunu təsdiqləyib. 

Dəstənin qaldığı evlərdə və iş yerlərində aparılan axtarış nəticəsində satışa hazır küllü miqdarda kokain və ekstazi atmaları ələ keçirilib.