Azərbaycanlı telejurnalisti Moldovaya buraxmadılar


Digərləri 17 Yan 2018 12:42:05 251 0

Azərbaycanlı telejurnalisti Moldovaya buraxmadılar

Rusiyanın NTV kanalının Azərbaycan əsilli jurnalisti İradə Zeynalova Moldovaya buraxılmayıb.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Moldovanın sərhəd polisinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, İ. Zeynalova Moldovaya səfərinin məqsədini təsdiqləyə bilmədiyi üçün geri qaytarılıb: "O, İstanbul-Kişinyov reysi ilə uçub. Pasport yoxlanışı zamanı bildirib ki, onun rəsmi şəxslərlə görüşü planlaşdırılıb, lakin bu görüşləri sənədlə təsdiqləyə bilməyib".

Məlumatda o da qeyd olunub ki, jurnalist deportasiya edilməyib, Moldovaya girişinə qadağa qoyulmayıb.