Agentlərin reallaşan transferlərdən mükafat faizi açıqlandı


İdman 17 Yan 2018 12:49:00 241 0

Agentlərin reallaşan transferlərdən mükafat faizi açıqlandı

UEFA 2014-17-ci illərdə Avropada futbol agentlərinin transfer əməliyyatlarından qazancını açıqlayıb. Goal.az xəbər verir ki, orta göstərici 12-13% təşkil edib. Transferlərdən agentlərin qazancı nisbətən kölgədə qalan məsələ olduğundan bununla bağlı hesabatda təqribi hesabamalardan çox istifadə olunub. 32 transfer anlaşmasında (1 milyon avrodan böyük) agentlər transfer qiymətinin 100%-i həcmində mükafat əldə ediblər. 100 mindən aşağı transferi reallaşdıran agentlərə bunun 40%-i ekvivalentində mükafat verilib. 5 milyondan artıq transfer qiymətinə görə mükafat isə onun 9%-ni təşkil edib. Agentlərin ən çox qazanc götürdüyü ölkələr Danimarka (21%), İsveçrə və Polşa (20%-ə qədər), ən az isə İspaniya və İsraildə (8%) olub.