"Geyilməmiş ayaqqabılar" filminin təqdimatı olub (FOTO)


Digərləri 17 Yan 2018 12:39:25 234 0

"Geyilməmiş ayaqqabılar" filminin təqdimatı olub (FOTO)

“Geyilməmiş ayaqqabılar” bədii filminin təqdimatı keçirilib.

Bakı. Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə rejissor Rza Rzayevin “Geyilməmiş ayaqqabılar” bədii filminin təqdimatı keçirilib. Trend-in məlumatına görə, təqdimat mərasimində filmin ssenari müəllifi və baş prodüseri R.Rzayev, yaradıcı prodüseri Yuri Filipov, bəstəkarı Vyaçeslav Şulin və başqaları çıxış edərək ekran əsəri barədə fikirlərini bölüşüblər. Bildirilib ki, Aprel şəhidlərinin xatirəsinə həsr olunan ekran işində yurd-yuvasından didərgin düşən və tələbə yataqxanalarında məskunlaşan məcburi köçkünlərin gərgin, psixoloji yaşamı təsvir olunur. Filmdə Qarabağ savaşında gənc ərini və körpə qızını itirmiş, tək oğlu ilə Bakıda qaçqın yataqxanasına sığınmış və hər gün geriyə – öz doğma torpaqlarına qayıtmaq ümidi ilə yaşayan azərbaycanlı məcburi köçkün qadınların ümumiləşdirilmiş obrazı yaradılıb. Qadın şəhid ərinin xəyalı və öz ata-baba yurduna dönəcəyi vaxtın intizarı ilə günləri sayır, dərin sükutla oğluna baxır. Həsrət də sakitcə deyir: “Qarabağ alınanda atamı və bacımı da götürüb kəndimizə gedərik...”.