BMT rəsmiləri Vəkillər Kollegiyasının rəhbərliyi ilə görüşüb (FOTO)


Digərləri 17 Yan 2018 12:46:39 185 0

BMT rəsmiləri Vəkillər Kollegiyasının rəhbərliyi ilə görüşüb (FOTO)

BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi Qulam İsakzai, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ölkə üzrə nümayəndəsi Furio De Angelis və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının Azərbaycandakı ofisinin rəhbəri Kamran Bağırov Azrəbaycan Respublikası Vəkillər Kollegiyasının rəhbərliyi ilə görüşübşlər.

Bakı. Elçin Mehdiyev - BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi Qulam İsakzai, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ölkə üzrə nümayəndəsi Furio De Angelis və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının Azərbaycandakı ofisinin rəhbəri Kamran Bağırov Azrəbaycan Respublikası Vəkillər Kollegiyasının rəhbərliyi ilə görüşübşlər. Vəkillər Kollegiyasından Trend-ə verilən məlumata görə, Kollegiyanın sədri Anar Bağırov qonaqları salamlayaraq BMT-nin və onun müvafiq strukturlarının insan hüquqlarının səmərəli müdafiəsindəki rolu, həmçinin bu kimi fəaliyyətdə vəkillərin müstəsna funksiyaları barədə öz fikirlərini bildirib, daha sonra ölkəmizdə son dövrlər vəkillərin sayının artırılması ilə bağlı görülən işlər, vəkilliyin nüfuzunun artırılması istiqamətində həyata keçirilməsi nəzərdə tutulan planlar barədə məlumat verib. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun daha səmərəli təmin edilməsi məqsədi ilə vəkillərin sayının artırılması barədə tövsiyəsindən irəli gələrək, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası 11 dekabr 2017-ci il tarixdən 11 yanvar 2018-ci il tarixədək vəkilliyə sənəd qəbulunu bərpa edib, bunun nəticəsində vəkilliyə sənəd verənlərin sayı 2000-ə yaxın olub.