Bakıda 16 mərtəbəli yeni binada çatlar yarandı FOTO


Digərləri 17 Yan 2018 12:35:00 271 0

Bakıda 16 mərtəbəli yeni binada çatlar yarandı  FOTO

Yeni Günəşlidə 16 mərtəbəli yeni binada çatlar yarandı - SƏBƏB SÜRÜŞMƏ - FOTO

Bakının Suraxanı rayonunun Yeni Günəşli yaşayış massivindəki Günəşli yaylası çökmə-oturma sahəsində 16 mərtəbəli binada çatlar yaranıb.

Son.az xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, bu halı bu gün Zığ və Günəşli yaylasındakı əraziyə baxış keçirərkən müşahidə ediblər:

"Günəşli yaylası təxminən Qaraçuxur qəsəbəsində yerləşən "Lukoyl" yanacaqdoldurma məntəqəsindən başlayır və dəniz istiqamətində davam edir. Günəşli yaylasında tektonik qırılma xətti keçir. Oradakı çatları, torpaq qatı üzərində baş vermiş deformasiyaları aydın şəkildə gözlə görmək mümkündür. Burada həmin tektonik qırılma xətti boyunca yamac istiqamətində evlərin əskəriyyətində çatlar, deformasiyalar yaranıb.


Xəbərə aid fotolar