ABŞ səfirliyinin Qüdsə köçürüləcəyi vaxt açıqlanıb


Dünya 17 Yan 2018 12:17:55 299 0

ABŞ səfirliyinin Qüdsə köçürüləcəyi vaxt açıqlanıb

Donald Tramp ötən il dekabrın 6-da Qüdsü İsrailin paytaxtı olaraq tanıdıqları barədə qərarı imzalayıb

"ABŞ Təl-Əvivdəki səfirliyini bu il ərzində Qüdsə köçürəcək".

“Report” "Haber7"yə istinadən xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu Hindistan səfərindən qayıdarkən təyyarədə jurnalistlərə bildirib.

Qeyd edək ki, Ağ ev beynəlxaq ictimaiyyətin etirazından sonra səfirliyin köçürülməsinin bir neçə il sürəcəyi barədə açıqlama vermişdi. ABŞ prezidenti Donald Tramp isə ötən il dekabrın 6-da Qüdsü İsrailin paytaxtı olaraq tanıdıqları barədə qərarı imzalayıb. O, bu il yanvarın 16-da isə ABŞ-ın fələstinli qaçqınlara etdiyi humanitar yardımın 65 milyon dollar azaldılması barədə uyğun sənədi təsdiqləyib.