Kapitan 1 illik futboldan uzaqlaşdırıldı


İdman 17 Yan 2018 12:13:00 301 0

Kapitan 1 illik futboldan uzaqlaşdırıldı

Futbol üzrə İtaliya A seriyasında çıxış edən “Benevento” komandasının kapitanı Fabio Luçoni bir il müddətinə diskvalifikasiya olunub.

Goal.az “Football Italia”ya istinadə xəbər verir ki, səbəb 31 yaşlı müdafiəçinin qanında istifadəsi qadağan olunmuş peraparatın tapılmasıdır. Luçonidən ötən il sentyabrın 10-da III tur çərçivəsində “Torino” ilə oyundan sonra (0:1) götürülmüş qan analizi müsbət nəticə verib.

Futbolçu ilə yanaşı, komandanın baş hakimi Uolter Corcone də cəzalandırılıb. O, 4 il müddətinə idmandan kənarlaşdırılıb. Bildirilir ki, qadağan olunmuş maddə Corconenin səhvi ucbatında futbolçunun qanına düşüb.

Qeyd edək ki, “Benevento” 20 turdan sonra 7 xalla sonuncu – 20-ci pillədə qərarlaşıb.