Məmmədyarovdan növbəti heç-heçə


İdman 17 Yan 2018 11:33:00 220 0

Məmmədyarovdan növbəti heç-heçə

Hollandiyanın Veyk-An-Zee şəhərində "Tata Steel Chess" superturnirinin IV turuna yekun vurulub.

Goal.az xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov növbəti dəfə heç-heçə edib.

33 yaşlı şahmatçının bu dəfə rəqibi rusiyalı Sergey Karyakin olub.

Məmmədyarov 4 turdan sonra 2,5 xal toplayıb və Vladimir Kramnik (Rusiya) və Maqnus Karlsen (Norveç) ilə üçüncü yeri bölüşür.

Turnir cədvəlinə 3 xal ilə Hindistan təmsilçisi Vişvanatan Anand və holland Aniş Giri başçılıq edir.