Kamran Əliyev: "Korrupsiyaya görə 27 vəzifəli şəxs barəsində araşdırma aparılıb"


Kriminal 17 Yan 2018 11:23:04 248 0

Kamran Əliyev: "Korrupsiyaya görə 27 vəzifəli şəxs barəsində araşdırma aparılıb"

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 27 vəzifəli şəxs barəsində araşdırma aparılıb.

Mili.Az Trend-ə istinadən xəbər verir ki, bunu Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev rəhbərlik etdiyi qurum tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2017-ci il ərzində görülmüş işlərlə bağlı mətbuat konfransında deyib.

K.Əliyev ildirib ki, həmin şəxslərin 7 nəfərinə xəbərdarlıq edilib, digər 20 nəfər barəsində iş məhkəməyə göndərilib, inzibati cəza tədbirləri görülüb.