Kolleclərdə tədris kredit sistemi təşkil olunacaq


Digərləri 17 Yan 2018 11:25:00 264 0

Kolleclərdə tədris kredit sistemi təşkil olunacaq

2017/2018-ci tədris ilinin qış imtahan sessiyasından başlayaraq, orta ixtisas təhsili müəssisələrində tədris kredit sistemi ilə təşkil olunacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı təhsil naziri vəzifəsini müvəqqəti icra edən, nazir müavini Ceyhun Bayramov Nazirlər Kabinetinin 11 yanvar 2018-ci il tarixli 9 nömrəli qərarının - "Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın icra olunması haqqında əmr təsdiq edib.

Əmrdə göstərilir ki, orta ixtisas təhsili müəssisələrinin rəhbərləri qərarın 2017/2018-ci tədris ilinin qış imtahan sessiyasından başlayaraq tətbiq olunmasını təmin etsinlər.