Azərbaycanda 305 vəzifəli şəxs barəsində korrupsiya ilə bağlı cinayət işlərinin istintaqı tamamlandı


Kriminal 17 Yan 2018 11:12:00 260 0

Azərbaycanda 305 vəzifəli şəxs barəsində korrupsiya ilə bağlı cinayət işlərinin istintaqı tamamlandı

Ötən il Azərbaycanda 305 vəzifəli şəxs barəsində korrupsiya ilə bağlı cinayət işlərinin istintaqı tamamlanıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev rəhbərlik etdiyi qurum tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2017-ci il ərzində görülmüş işlərlə bağlı mətbuat konfransında deyib.

K.Əliyev qeyd edib ki, 2017-ci il ərzində Baş İdarədə dövlət və özəl sektorda çalışan 305 vəzifəli şəxs barəsində 214 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.