Komaya düşən deputatın müalicəsi üçün xaricdən həkimlər çağırıldı


Digərləri 17 Yan 2018 11:15:30 237 0

Komaya düşən deputatın müalicəsi üçün xaricdən həkimlər çağırıldı

70 saylı Masallı şəhər seçki dairəsinin deputat Nəriman Əliyevin komaya düşdüyü barəsində məlumat vermişdik.  

Son.az xəbər verir ki, Nəriman Əliyevin səhhəti ilə bağlı modern.az-a danışan deputat həmkarı Cavanşir Paşazadə onun son durumundan söz açıb.

Cavanşir Paşazadə bildirib ki, Nəriman Əliyevin ürək əməliyyatını digər deputat həmkarı Rəşad Mahmudov edib.

"Vaxtında olunmuş əməliyyatdır. Allah rəhm edib ki, həmin vaxt ordada Rəşad həkim olub. Nəriman müəllimin vəziyyəti hazırda stabildir. Xarici ölkələrdən də həkimlər dəvət olunub. Onlar da baxıblar. Burada edilən əməliyyatı yüksək qiymətləndiriblər. Artıq komada deyil, amma reanimasiyada qalmaqdadır.