Binəqədi rayonunda Rumıniya Mədəniyyəti Günü ilə bağlı tədbir keçirilib (FOTO)


Digərləri 17 Yan 2018 11:12:30 234 0

Binəqədi rayonunda Rumıniya Mədəniyyəti Günü ilə bağlı tədbir keçirilib (FOTO)

Binəqədi rayonu ərazisində yerləşən dahi rumın bəstəkar Corc Enesku adına parkda Rumıniya Mədəniyyəti Günü ilə bağlı tədbir keçirilib.

Bakı. Binəqədi rayonu ərazisində yerləşən dahi rumın bəstəkar Corc Enesku adına parkda Rumıniya Mədəniyyəti Günü ilə bağlı tədbir keçirilib. Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, Mədəniyyət Günü Rumıniyanın xalq şairi Mihai Emineskunun dünyaya gəlməsi ilə eyni gündə keçirilib. Bu tarixin Rumıniyanın Mədəniyyət Günü kimi seçilməsində xüsusi önəmi var. Belə ki, M.Eminesku müasir rumın dilinin inkişafına verdiyi üstün töhfələrə görə Rumıniya mədəniyyətinin “dan ulduzu” adlandırılaraq əsas simvol hesab olunur. Keçirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Rumıniya dövlətinin ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Dan İanku, Moldova dövlətinin ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri George Leuke, Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, şöbə müdirinin müavini Şəmsi Gülverdiyev, RİH Aparatının məsul əməkdaşları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 1 saylı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ləman Əliyeva, Binəqədi rayon bələdiyyəsinin əməkdaşları və səfirliyin nümayəndələri iştirak ediblər. Əvvəlcə Rumıniya və Azərbaycanın Dövlət himnləri səsləndirilib. Sonra tədbir iştirakçıları tanınmış rumın bəstəkar C.Eneskunun Bakının Binəqədi rayonunda yerləşən abidəsi qarşısına əklil və çiçəklər qoyublar.